Mikro sahibkarlara verilən kreditlərin həcmi 3.2 mlrd. manatı ötüb | Banco.az

Mikro sahibkarlara verilən kreditlərin həcmi 3.2 mlrd. manatı ötüb

Müəllif: Gülnar Əhmədli, Banco.az

Azərbaycanda kredit təşkilatlarının bizneslərə verdiyi kreditlərin həcmi bu il iyul ayının 1-i tarixinə 15 milyard 143 milyon manat təşkil edib.

Banco.az Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, bu, 1 ay əvvəllə müqayisədə 0,3% çoxdur.

Hesabata görə, cəmi biznes kreditləri portfelinin 430.8 mln. manatı və ya 2.8%-i qeyri-işlək kreditlər olub.

Biznes portfelinin sahibkarlıq subyektləri üzrə bölgüsünə görə, kreditlərin 8 mlrd. 507 mln. manatı iri sahibkarlığa, 1 mlrd. 930 mln. manatı orta sahibkarlığa, 1 mlrd. 503 mln. manatı kiçik sahibkarlığa, 3 mlrd. 202 mln. manatı isə mikro sahibkarlığa verilib.