"AtaBank" yeni "Online Map" xidmətini istifadəyə verdi ! Artıq Facebook sosial şəbəkəsinin aktiv istifadəçiləri olan "AtaBank" müştəriləri, Azərbaycanın istənilən nöqtəsindən və istədikləri zaman bankla əlaqə yaratmaq imkanı verən bu xidmətdən istifadə edə bilərlər. Bankın rəsmi Facebook səhifəsinə daxil olan müştərilər "Online Map" bölməsinə keçərək, bankın filial və bankomat şəbəkəsi ilə yaxından tanış ola bilər və onları maraqlandıran filial və bankomatları axtarmaq imkanı əldə edə bilərlər.
«AtaBank» yeni “Online Map” xidmətini istifadəyə verdi

