“Unibank” ASC tərəfindən müştərilər üçün keçirilən «Unibanka əmanət yerləşdirin və hədiyyə qazanın!» adlı tirajlı stimullaşdırıcı lotereyasının başa çatmasına bir həftə qalıb. Bankdan verilən məlumata görə, lotereya çərçivəsində mayın 20-dən avqustun 31-dək «Unibank»da depozit hesabı açan hər bir müştəri müxtəlif pul uduşları və avtomobil sahibi olmaq imkanı qazanacaq.Lotereyada ən azı 12 aylıq müddətə 100 AZN/USD/EUR məbləğində əmanət qoyan və ya mövcud əmanətin müddətini kampaniya ərzində ən azı 12 ay müddətinə artıran müştərilər iştirak edə biləcəklər.
«Unibank»ın depozit sahibləri üçün keçirdiyi lotereyanın başa çatmasına bir həftə qalıb

