Azərbaycan ŞƏT-in yeni tərəfdaş statusuna daxil olacaq | Banco.az

Error message

Warning: Use of undefined constant php - assumed 'php' (this will throw an Error in a future version of PHP) in include() (line 129 of /home/bancoaz/public_html/sites/all/themes/nbancoaz/templates/node--article.tpl.php).

Azərbaycan ŞƏT-in yeni tərəfdaş statusuna daxil olacaq

Şanxay Əməkdaşlıq Təşkilatı “ŞƏT tərəfdaşı” adlı vahid status yaratmağa qərar verib.

Tyançzin sammitində qəbul edilən bəyanatda bildirilib ki, üzv dövlətlər “müşahidəçi” və “dialoq tərəfdaşı” statuslarını birləşdirərək “ŞƏT tərəfdaşı” statusunu təsis ediblər.

Şanxay Əməkdaşlıq Təşkilatı 2001-ci ildə yaradılmış beynəlxalq təşkilatdır. Təşkilata Hindistan, İran, Qazaxıstan, Çin, Qırğızıstan, Rusiya, Tacikistan, Pakistan, Özbəkistan və Belarus daxildir. Müşahidəçi ölkələrə Əfqanıstan və Monqolustan, dialoq tərəfdaşlarına isə Azərbaycan, Ermənistan, Bəhreyn, Misir, Kamboca, Qatar, Küveyt, Maldivlər, Myanma, Nepal, Birləşmiş Ərəb Əmirlikləri, Səudiyyə Ərəbistanı, Türkiyə və Şri-Lanka daxildir.