Müəllif:Mehin Qasımova,Banco.az
"Şanxay Əməkdaşlıq Təşkilatı (ŞƏT) ölkələrinin ümumi iqtisadi potensialı 30 trilyon dollara yaxınlaşıb və təşkilatın iqtisadi təsiri artır"
Banco.az xəbər verir ki, bu sözləri Çin Prezindenti Si Cinpin bildirib.
"Şanxay Əməkdaşlıq Təşkilatı bu gün 50-dən çox sahədə əməkdaşlıq edən 26 iştirakçını birləşdirən, ümumi iqtisadi potensialı 30 trilyon dollara yaxınlaşan dünyanın ən böyük regional təşkilatına çevrilib", - deyə o qeyd edib.
Çin liderinin qeyd etdiyi kimi, beynəlxalq aləmdəki təlatümlü vəziyyətə baxmayaraq, ŞƏT dövlətləri “şanxay ruhu”na möhkəm sadiq qalmalı və “təxribat və transformasiyalarla dolu gələcək”dən asılı olmayaraq irəli getməlidirlər. Onun sözlərinə görə, inkişaf prosesində təşkilata üzv ölkələr əzmkarlıq və qətiyyət nümayiş etdirməli, təşkilat daxilində səmərəli qarşılıqlı fəaliyyət göstərməlidir.
Avqustun 31-dən sentyabrın 1-dək Tyantszin şəhərində keçirilən ŞƏT sammitində 20-dən çox dövlətin rəhbərləri və 10 beynəlxalq təşkilatın nümayəndələri iştirak edir.