Bu il Azərbaycana sürətli pul köçürmələri ilə 1 milyarda yaxın vəsait daxil olub | Banco.az

Bu il Azərbaycana sürətli pul köçürmələri ilə 1 milyarda yaxın vəsait daxil olub

2025-ci ilin yanvar-iyul ayları ərzində Azərbaycanda banklara sürətli pul köçürmə sistemləri vasitəsilə 990.2 milyon manat vəsait daxil olub. Banklardan xaricə göndərilən vəsaitin həcmi isə 280.9 milyon manata bərabər olub.

Azərbaycan Mərkəzi Bankının hesabatına görə, əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə sürətli pul köçürmə sistemləri vasitəsilə banklara daxil olan vəsaitin həcmi 6.4% və ya 68 milyon manat, banklardan xaricə köçürmələr isə 7.3% və ya 22.1 milyon manat azalıb.

    Qeyd edək ki, 2024-cü ilin yanvar-iyul ayları ərzində Azərbaycanda banklara sürətli pul köçürmə sistemləri vasitəsilə 1 milyard 58.2 milyon manat daxil olub. Banklardan xaricə göndərilən vəsaitin həcmi isə 303 milyon manat təşkil edib.