Müəllif:Mehin Qasımova,Banco.az
Şanxay Əməkdaşlıq Təşkilatına (ŞƏT) üzv olan ölkələr çox yaxın gələcəkdə ŞƏT-in İnkişaf Bankını yaratmalıdırlar.
Banco.az xəbər verir ki, Bu çağırışı Çin Xalq Respublikasının sədri Si Cinpin edib.
"Üzv dövlətlərin təhlükəsizlik və iqtisadiyyat sahələrində əməkdaşlığına dəstəyi gücləndirmək üçün ən qısa zamanda Şanxay Əməkdaşlıq Təşkilatının İnkişaf Bankını yaratmaq lazımdır", - Si Cinpin bildirib.
Bu gündən ŞƏT sammitinin rəsmi proqramı başlayır. O cümlədən, Dövlət Başçıları Şurasının iclası keçiriləcək.