Banco.az | Tezliklə

UNİBANKdan və İDEAL mağazalarından möhtəşəm kampaniya 15%-dək cashback və 8 ay faizsiz ödəmə imkanı

Azərbaycanca

İndi IDEAL magazalarında  Unibank kartları ilə sərfəli alış-verişin əsl  vaxtıdır.  Avqustun 10-dək  İDEAL mağazalarında ALBALI PLUS debet və Unibank əmək kartları ilə hər alış-verişə  xərclədiyiniz vəsaitin 15%-dək hissəsi kartınıza geri qayıdacaq.

Azərbaycanda bahalı telefonları kimlər işlədir? – Facebook Statistikası

Facebook sosial şəbəkəsinin dünya üzrə aylıq istifadəçi sayı 1,7 milyarda çatdı. Azərbaycan istifadəçiləri bunun mində birini təşkil edir – 1,7 milyon. Amma “mində bir” sözü sizi aldatmasın, bu, iş görmək istəyən insanlar üçün kifayət qədər böyük auditoriyadır.

Azərbaycanca

Gecikdirilmiş kreditlər üçün cərimə nə qədərdir?

Pula ehtiyac yarandığı zaman ilk üz tutduğumuz yerlərdən biri də banklardır. Kredit götürməklə ehtiyacımız olan məbləği ödəməyə çalışırıq.

Banklar isə kredit verən zaman bir sıra tələblər irəli sürür, bu tələbləri ödədikdə isə bizə kredit verməyə razılaşırlar.

Azərbaycanca

Banklardakı əmanətlərin 73%-i qorunur

Bu ilin ilk yarısının yekunlarına görə, Azərbaycan banklarında fiziki şəxslərin cəmi əmanətləri 7 761 mln. manat təşkil edib.

"Report" xəbər verir ki, bu barədə Əmanətlərin Sığortalanması Fondunun (ƏSF) açıqlamasında bildirilir.

Azərbaycanca

"Zaminbank" pulköçürmə sisteminin işini dayandırmaq istəmir

Ləğvetmə prosesində olan "Zaminbank" ASC ona məxsus "Caspian Money Transfer" beynəlxalq pul köçürmələri sisteminin fəaliyyətini dayandırmaq və yaxud başqa banka satmaq niyyətində deyil. Bu barədə "Report"a açıqlamasında Bankın İdarə Heyətinin sədr müavini Nigar Nağıyeva deyib.

Azərbaycanca

Azərbaycan nefti ucuzlaşıb

Azərbaycanın dünya bazarına çıxararaq satdığı "Azeri LT CIF" markalı xam neftin bir barelinin qiyməti 1,13 dollar və yaxud 2,57% ucuzlaşıb.

"Report" xəbər verir ki, "Azeri LT CIF" markalı neftin bir barelinin qiyməti 42,84 dollara bərabər olub.

Azərbaycanca

Bu günə olan rəsmi məzənnə (02.08.2016)

Azərbaycan Mərkəzi Bankı 2 avqust tarixinə valyuta məzənnələrini açıqlayıb.

Mərkəzi Bankdan verilən məlumata görə, avqustun 2-nə olan rəsmi məzənnələr bülleteninə əsasən, ABŞ dollarının rəsmi məzənnəsi 1,5883 manat təşkil edir.

Azərbaycanca

Ölkədə pul bazası azalıb

"Banco.az"ın Mərkəzi Banka istinadən verdiyi xəbərə görə, Azərbaycanda pul bazasının həcmi 2016-cı ilin iyul ayı ərzində 0,67% azalaraq avqustun 1-nə 7 689,4 mln. manat təşkil edib.

Pul bazası ötən ilin müvafiq dövrü ilə müqayisədə 170,6 mln. manat və ya 2,28% artıb.

Azərbaycanca

Azərbaycan Mərkəzi Bankının valyuta ehtiyatları azalıb

Banco.az AMB-yə istinadən xəbər verir ki, Azərbaycan Mərkəzi Bankının (AMB) rəsmi valyuta ehtiyatları 2016-cı il avqustun 1-nə 4 162,9 mln. ABŞ dolları təşkil edib.

Rəsmi valyuta ehtiyatlarının həcmi iyulun 1-nə olan göstərici ilə müqayisədə 121 mln. dollar və ya 2,82% azalıb.

Azərbaycanca

Səhifələr

« first ‹ previous last »