Azərbaycan Mərkəzi Bankından verilən məlumata görə, 30.08.2016-cı il tarixinə USD/AZN rəsmi məzənnəsi 1,6280 səviyyəsində müəyyən olunub.
Qeyd edək ki, avqustun 29-da USD/AZN rəsmi məzənnəsi 1,6280 səviyyəsində olub.
Azərbaycan Mərkəzi Bankından verilən məlumata görə, 30.08.2016-cı il tarixinə USD/AZN rəsmi məzənnəsi 1,6280 səviyyəsində müəyyən olunub.
Qeyd edək ki, avqustun 29-da USD/AZN rəsmi məzənnəsi 1,6280 səviyyəsində olub.
Azərbaycanda son günlər nağd dollar satışının məhdudlaşması bu növ valyutada krediti olanların ödəniş etməsində çətinliklər yaradıb. Bunu "Report"a açıqlamasında "İnkişaf üçün Maliyyə" bank olmayan kredit təşkilatının (BOKT) direktoru Cəlal Əliyev deyib.
Ən qənaətcil və uğurlu alış-veriş edənlər, endirimlərdən faydalanan insanlardır.
Azər Türk Bankın "Səyahət həyəcanı" kampaniyasının qalibləri məlum olub. Müsabiqənin nəticələrinə görə, Bankın ödəniş kartları vasitəsilə ən çox sayda əməliyyat aparmış müştərilər arasından Namiq Aydın oğlu Hüseynov, Leyla Vaqif qızı Hüseynova və Şaiq Səfər oğlu Əliyev qalib adını qazanaraq Türkiyənin Bodrum şəhərində bir həftəlik istirahət imkanı qazanıblar. Qaliblərin seçilməsi zamanı ödəniş kartları ilə edilmişəməliyyatların sayı ilə yanaşı, məbləği də nəzərə alınıb.
Kapital Bank BirKart-ın Facebook səhifəsində “Birincilərin oyunu” adlı müsabiqə keçirir. Müsabiqənin şərtlərinə görə iştirakçılar səhifədəki oyunu oynayaraq (www.facebook.com/birkart.az/app/282528445452625/), xallar toplayıb, həftənin qalibi olub, qiymətli hədiyyələr əldə edə biləcəklər.
Vergilər Nazirliyinin Çağrı Mərkəzində beynəlxalq təcrübədə tətbiq olunan “Outbound Call Centre” funksiyalarının tətbiqi nəzərdə tutulub. Banco.az verilən məlumata görə, bu barədə "Report"a Nazirlikdən bildirilib.
Dünya Bankı Azərbaycanda maliyyə inteqrasiyası layihəsi əsasında əhalinin 51%-nin borc almaq istəmədiyini, borcalanların isə borcu qeyri-formal üsullarla əldə etmək istədiyini qeyd edib. "Report"un İsveçrədəki müxbirinin Dünya Bankının Azərbaycanda əhalinin maliyyə savadlılığı hesabatına istinadən verdiyi xəbərə görə, araşdırma İsveçrə hökuməti tərəfindən maliyyələşdirilən maliyyə savadlılığı və istehlakçı hüquqlarının qorunması layihəsi çərçivəsində aparılıb.
Azərbaycanın dünya bazarına çıxararaq satdığı "Azeri LT CIF" markalı xam neftin bir barelinin qiyməti 0,42 dollar və yaxud 0,83% bahalaşıb.
"Report" xəbər verir ki, "Azeri LT CIF" markalı neftin bir barelinin qiyməti 51,14 dollara bərabər olub.
ABA Rəyasət Heyətinin avqust ayında keçirilən iclasında əsas müzakirə mövzularından biri Özəl Kredit Bürosunun (ÖKB) yaradılması məsələsi olmuşdur. İclas zamanı Beynəlxalq Maliyyə Korporasiyasının (IFC) nümayəndələri ÖKB-nin yaradılması ilə əlaqədar görülmüş hazırlıq işləri, büronun təklif olunan strukturu, büdcəsi, təklif olunan xarici tərəfdaş və bu sahədə beynəlxaq təcrübə ilə bağlı təqdimat etmiş və iclas iştirakçılarının suallarını cavablandırmışlar.
Əmanətlərin Sığortalanması Fondu lisenziyazı ləğv edilmiş “Parabank” ASC və “Dekabank” ASC-yə qarşı tələbləri qeydə almağa başlayıb.
Fonddan verilən məlumata görə, banka qarşı tələblər avqustun 27-dən 60 təqvim günü ərzində Ləğvedici tərəfindən yazılı şəkildə qeydə alınacaq.