Banco.az | Tezliklə

Hədiyyəni kim qazanacaq?

Azərbaycanca

Sentyabrın 10-da Unibankın “Kreditinizi ödəyin və  qazanın” adlı tirajlı stimullaşdırıcı lotereyasının qaliblərinin adları  məlum olacaq. Nəticələr 3 iş günü ərzində KİV-də dərc olunacaq. Ümumi uduş fondu 5000 manat təşkil edir. Hər qalib 100 manat qazanacaq. Lotereya üzrə uduşlar, Bankın Bakı şəhəri, Nəsimi rayonu, R.Behbudov küçəsi, 55 ünvanında yerləşən Baş ofisində keçiriləcək

Visa bank kartı ilə ödə və bonus dəqiqələr qazan.

Azərbaycanca

Azərbaycan Beynəlxalq Bankı, mobil rabitə operatoru Azercell və Visa ödəniş sisteminin birgə aksiyasına start verib.

Azərbaycan Beynəlxalq Bankının Visa bank kartı ilə 100 manatdan yuxarı mal və ya xidmətə görə ödəniş etdikdə, onun sahibi Azercell mobil telefon nömrəsinə 5 bonus dəqiqə əldə edir.

“AtaBank” ASC “MasterCard” beynəlxalq ödəniş sisteminə qoşulub.

Azərbaycanca

“AtaBank” ASC-nin MasterCard”  beynəlxalq ödəniş sisteminin sıralarına daxil olması barədə müqavilə imzalanıb.

 Bu barədə “AtaBank” ASC-nin İdarə Heyətinin üzvü  Elnur Osmanov məlumat verib. Onun sözlərinə görə, “AtaBank”ın “MasterCard” beynəlxalq ödəniş sisteminə daxil olması ilə bankın bankomatları “MasterCard” və “Maestro” tipli kartlarını qəbul edəcək.”MasterCard Europe Sprl” beynəlxalq ödəniş sisteminin tamhüquqlu üzvü olmaqla “AtaBank” ASC-yə beynəlxalq ödəniş kartlarının buraxılmasına imkan verilib. 
 

Missiyamız daha çox insana kredit verib,daha çox gəlir əldə etmək deyil...daha çox kredit verib, daha çox adama kömək etməkdir

OVER-Time-ın müsahibi “FINCA Azerbaijan”ın Marketinq Departmentinin meneceri ZAUR NURMƏMMƏDOV-dur.

 

 

2 il paytaxtda aldığım təhsilin iş həyatıma çox önəmli təsiri olub...

Azərbaycanca

TuranBank kreditin onlayn ödənişi xidmətini istifadəyə vermişdir

Azərbaycanca

TuranBank öz müştərilərinə kredit ödənişlərini daha rahat və vaxt itirmədən həyata keçirməsi üçün Bankın rəsmi səhifəsində (www.turanbank.az) "Kreditlərin onlayn ödənişi" xidmətini təqdim edir. Bu xidmət vasitəsliə istər AzeriCard, istərsə də MilliKart Prossesinq Mərkəzlərində xidmət olunan bankların plastik kartları vasitəsilə ödənişlər etmək mümkündür.

Ali məktəblərə daxil olanların ailələri güzəştli kredit ala biləcəklər

Azərbaycanca

 

Qəbul imtahanlarının başa çatması ilə əlaqədar Rabitəbank yeni Tələbə Sevinci kampaniyasına start verir! Kampaniya bu il ali təhsil müəssisələrinə qəbul olunan bütün tələbələrin ailə üzvlərinə güzəştli kreditlərin verilməsini nəzərdə tutur.

“Finca” Mərkəzi Bankdan ümidlə cavab gözləyir

Azərbaycanca

 

Azərbayacanın ən böyük mikromaliyyə təşkilatı “Finca Azerbaijan”  bank çevrilmək üçün Mərkəzi Bankdan  lisenziya ala biləcəyinə ümid edir.

Verilən məlumatına görə, bunu çərşənbə günü keçirilmiş mətbuat konfransında “Finca Azerbaijan” mikromaliyyə təşkilatının Baş icraçı meneceri Maniş Sane deyib.

Onun sözlərinə görə, Mərkəzi Bank bu günə kimi onların müraciətinə cavab verməyib. “Çox təəssüf ki, bu barədə konkret məlumat yoxdur. Bu günə qədər Mərkəzi Bankdan cavab almamışıq”.

DəmirBank-da pul köçürmə sistemləri üzrə aksiyanın müddəti uzadılıb

Azərbaycanca

DəmirBank-da həyata keçirilən “Pul köçürənə / alana mobil danışıq dəqiqələri hədiyyə” aksiyası daha bir ay müddətə uzadılıb.

Aksiyanın şərtlərinə əsasən DəmirBank-ın filiallarında ən azı 500 AZN / USD / EUR və ya 15000 RUR məbləğində pul köçürənə və ya alana 1 manatlıq, ən azı 2000 AZN / USD / EUR və ya 60000 RUR olduqda isə 2 manatlıq mobil danışıq dəqiqələri hədiyyə olunur.

Unibank kampaniya çərçivəsində 30 mln. manata yaxın vəsait cəlb etdi.

Azərbaycanca
Unibankın 3 aydan artıq bir müddətdə davam edən və əhali arasında geniş maraq doğuran "Unibanka əmanət yerləşdirin və hədiyyə qazanın!" adlı tirajlı stimullaşdırıcı lotereyas başa çatdı.Kampaniya dövründə depozit portfelinin artımı 28 milyon manatdan çox olub ki, bu da ümumi depozit portfelinin 9%-i deməkdir. Fiziki şəxslər tərəfindən banka cəlb edilən vəsaitlərin hesabına 31 avqust 2013-cü il tarixə olan məlumata görə, Unibankın ümumi depozit portfeli 350 milyon manatı ötüb.Hesabat dövründə bankda depozit hesabı açan şəxslərin sayı isə 24% artıb.

Səhifələr

« first ‹ previous last »