Müəllif: Tamara Mustafayeva, Banco.az
Çip istehsalçısı “Advanced Micro Devices” (AMD) şirkətinin səhmləri “OpenAI” ilə strateji tərəfdaşlıq elan etdikdən sonra 38 faizdən çox artıb.
Banco.az xəbər verir ki, AMD-nin səhmləri çip istehsalçısının “OpenAI” ilə on milyardlarla dollar dəyərində gəlir gətirə biləcək süni intellekt infrastrukturuna dair razılaşma imzalamasının ardından sürətlə yüksəlib.
Şirkətlərin yaydığı birgə açıqlamada bildirilir ki, AMD və “OpenAI” strateji tərəfdaşlıq qurublar.
Açıqlamaya görə, “OpenAI” uzunmüddətli razılaşma çərçivəsində 6 gigavat gücündə AMD çiplərindən istifadə edəcək.
Razılaşmaya əsasən, “OpenAI”ın AMD ilə əsas strateji hesablama gücü tərəfdaşı kimi əməkdaşlıq edəcəyi və AMD Instinct MI450 seriyalı çiplərin ilk 1 gigavatlıq quraşdırılmasına 2026-cı ilin ikinci yarısında başlanacağı qeyd olunub.
Açıqlamada bu tərəfdaşlığın hər iki şirkət üçün “qazan-qazan” vəziyyəti yaradacağı, çox böyük miqyaslı süni intellekt tətbiqlərini mümkün edəcəyi və bütün ekosistemin inkişafını təmin edəcəyi vurğulanıb.
Bizi sosial şəbəkələrdən izləyin!!