Tibb üzrə Nobel Mükafatının qalibləri bəlli olub | Banco.az

Tibb üzrə Nobel Mükafatının qalibləri bəlli olub

Müəllif: Tamara Mustafayeva, Banco.az

Tibb üzrə Nobel Mükafatı İmmun Sistemi Tədqiqatçılarına verilib.

Banco.az xəbər verir ki, Meri Brunkou, Fred Ramsdel və Şimon Sakaquçi 2025-ci ildə Tibb üzrə Nobel Mükafatını qazanıblar.

Meri Brunkou, Fred Ramsdel və Şimon Sakaquçi immun sisteminin özünə hücum etməsinin qarşısını alan mexanizmləri açıqladıqları üçün 2025-ci il Nobel Tibb Mükafatına layiq görülüblər.

Karolinska İnstitutunun açıqlamasında bildirilib ki, bu üç alim tərəfindən aparılan araşdırmalar immun sisteminin “bakteriya və virus kimi yad orqanizmlərlə mübarizə apararkən niyə öz toxumalarımıza hücum etmədiyini” anlamağımıza imkan yaradıb.

Nobel Komitəsi alimlərin tədqiqatlarının “yeni bir elmi istiqamətin əsasını qoyduğunu” və bunun sayəsində xərçəng və autoimmun xəstəliklərin müalicəsində yeni yanaşmaların inkişaf etdirildiyini vurğulayıb.

Brunkou, Ramsdel və Sakaquçinin “periferik immun tolerantlıq” adlanan sahədəki kəşfləri revmatoid artrit, 1-ci tip diabet və lupus kimi xəstəliklərin anlaşılmasında da inqilabi irəliləyişlərə səbəb olub.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram