Müəllif: Gülnar Əhmədli, Banco.az
Bu ilin 31 avqust tarixinə ölkədə fəaliyyət göstərən bankların filiallarının sayı 498 (illik müqayisədə 17 vahid çox), şöbələrinin sayı 87 (1 vahid az), ATM-lərin sayı 3 379 (illik müqayisədə 254 vahid çox) olub.
Banco.az xəbər verir ki, bu barədə Mərkəzi Bankın hesabatında qeyd edilib.
İlin əvvəlindən bank sektorunda çalışanların sayı 5.4% və ya 1,372 nəfər artaraq 26,735 nəfər təşkil edib. Sektorun işçilərinin sayı illik müqayisədə isə 9% artıb. Ötən ilin eyni dövründə bu say 24,523 nəfərə bərabər idi.
Bizi sosial şəbəkələrdən izləyin!!