Azərbaycanda bloklanan zərərli keçidlərin sayı 39 %-ə yaxın azalıb | Banco.az

Azərbaycanda bloklanan zərərli keçidlərin sayı 39 %-ə yaxın azalıb

Bu ilin yanvar-sentyabr aylarında "AzStateNet" şəbəkəsi üzrə 379 milyon 805 min zərərli keçid bloklanıb.

Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin məlumatları əsasında apardığı hesablamalara əsasən, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 38,6 % azdır.

Təkcə sentyabrda isə 33,17 milyon zərərli keçid bloklanıb ki, bu da 1 il əvvələ nisbətən 42,5 % azdır.

9 ay ərzində son istifadəçilərdə quraşdırılan mərkəzi antivirus sistemi vasitəsilə 21 milyon 816 min 400, "Sandbox" mühafizə sistemi vasitəsilə isə 84 min 605 zərərverici tərkibli elektron sənəd blok edilib. Bu, illik müqayisədə müvafiq olaraq 6,4 dəfə çox və 53,3 % azdır.

2024-cü ildə "AzStateNet" şəbəkəsi üzrə 814,37 milyon zərərli keçid, son istifadəçilərdə quraşdırılan mərkəzi antivirus sistemi vasitəsilə 4 milyon 480 min 400, "Sandbox" mühafizə sistemi vasitəsilə isə 195 min 82 zərərverici tərkibli elektron sənəd bloklanıb.