Banco.az | Tezliklə

Azərbaycanda büdcə təşkilatları elektrik enerjisi sərfini artırıb

Cari ilin yanvar-sentyabr aylarında Azərbaycanda dövlət büdcəsindən maliyyələşdirilən idarə, müəssisə və təşkilatlar tərəfindən 1 581,0 mln. kVt/saat elektrik və 129,2 min Qkal istilik enerjisindən, 95,1 mln. kubmetr təbii qazdan istifadə edilib.

Azərbaycanca

Vergi borcuna görə ölkədən çıxışına qadağa qoyulan müəssisə rəhbərinin sayı 727-yə çatıb

Vergilər Nazirliyi vergi borcuna görə ölkədən getmə hüququ məhdudlaşdırılmış hüquqi şəxslərin icra orqanları rəhbərlərinin adını açıqlayıb.

Nazirlikdən verilən məlumata görə, 15 noyabr tarixinə vergi borcu olduğuna görə 727 müəssisə rəhbərinin ölkədən çıxması qadağan edilib.

Azərbaycanca

Çin yenidən dolların məzənnəsini yüksəldib

Çin Xalq Bankı (ÇXB, Mərkəzi Bank) növbəti dəfə ABŞ dollarının rəsmi məzənnəsini artıraraq 6,8592 yuan səviyyəsində təsdiqləyib. "TASS" agentliyinə istinadən verilən xəbərə görə, bu məzənnə 19 avqust 2008-ci ildən etibarən ən maksimal hədd sayılır. Xatırladaq ki, Çin yuanı ardıcıl 9 gün dollarla müqayisədə enməyə davam edir. ÇXB belə bir valyuta siyasəti mexanizmini ən son 2015-ci ilin dekabr ayında tətbiq edib.

Azərbaycanca

Təbii qaz ehtiyatlarımızın 3%-dən çoxu itkiyə gedir

Cari ilin yanvar-sentyabr ayları ərzində Azərbaycanda 15,9 mlrd. kubmetr əmtəəlik təbii qaz ehtiyatları olub, onun 87,8%-i hasilatın, 12,2%-i isə ilin əvvəlinə mövcud olan ehtiyatın hesabına formalaşıb.

Azərbaycanca

Azərbaycanda neft məhsullarının istehlakı 23% artıb

Bu ilin yanvar-sentyabr aylarında Azərbaycanda əsas növ neft emalı məhsullarının istehlakı 3,3 mln. ton olub.

Dövlət Statistika Komitəsinə istinadən verilən xəbərə görə, neft məhsullarının istehlakı 2015-ci ilin müvafiq dövrü ilə müqayisədə 22,6% artıb.

Azərbaycanca

Avropa İttifaqı "ASAN Xidmət"in təcrübəsini öyrənəcək

"Avropa İttifaqı "ASAN Xidmət"in təcrübəsini öyrənməyə çalışacaq". 

Bunu Bakıda keçirilən "Infrastructure, Power & Renewable Energy Investment Conference"də çıxış edən Aİ-nin Azərbaycan üzrə rəhbəri Malena Mard deyib.

Azərbaycanca

Azərbaycanda bu il 945 min ton avtomobil benzini istehsal olunub

Bu ilin yanvar-oktyabr ayları ərzində Azərbaycanda neft məhsullarının dəyər ifadəsində istehsal həcmi 2 216,5 mln. manat təşkil edib.

Dövlət Statistika Komitəsinə istinadən xəbər verilir ki, bu göstərici əvvəlki ilin yanvar-oktyabr ayları ilə müqayisədə 9,4% azalıb.

Azərbaycanca

Avropa Komissiyası TRACECA dəhlizi çərçivəsində layihələrin icrasına 185 mln. avro ayırıb

İndiyə qədər Avropa Komissiyası TRACECA (Europa-Cuacasus-Asia) beynəlxalq nəqliyyat dəhlizi çərçivəsində 85 layihənin icrasına 185 mln. avro həcmində vəsait ayırıb. Bunu Bakıda işə başlayan "Infrastructure, Power & Renewable Energy Investment Conference" adlı tədbirdə çıxış edən TRACECA-nın baş direktoru Mirça Çiopraqa (Mircea Ciopraga) deyib.

Azərbaycanca

Expressbank-dan “Zolotaya Korona” müştəriləri üçün daha əlverişli təklif

Azərbaycanca

Bildiyiniz kimi, müxtəlif təcili pul köçürmə sistemləri üzərindən sürətli və rahat xidmətləri ilə seçilən Expressbank 2013-cü ildən etibarən “Zolotaya Korona” pul köçürmələri sistemi üzrə xidmətlər təqdim edir.

Azərbaycanın xarici ticarət dövriyyəsinin müsbət saldosu 10 dəfə azalıb

Azərbaycan cari ilin yanvar-oktyabr ayları ərzində 174 ölkə ilə 14 153 697,82 min ABŞ dolları həcmində ticarət əməliyyatları həyata keçirib.

Dövlət Gömrük Komitəsinə istinadən verdiyi xəbərə görə, xarici ticarət dövriyyəsi ötən ilin eyni dövrü ilə müqayisədə 23,22% azalıb.

Azərbaycanca

Səhifələr

« first ‹ previous last »