Müəllif: Gülnar Əhmədli, Banco.az
Azərbaycanda bu ilin yanvar-avqust aylarında daşınmaz əmlakın icbari sığortası üzrə 63 milyon 319 min manat sığorta haqqı yığılıb.
Banco.az bu barədə Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir.
Hesablamalarımıza görə, bu, illik müqayisədə 761 min manat və ya 1,2% çoxdur. Ötən ilin yanvar-avqust ayında bu növ üzrə sığorta yığımlarının məbləği 62 milyon 558 min manat təşkil edib.
Qeyd edək ki, hesabat dövründə bu növ üzrə sığorta ödənişlərinin məbləği isə 2024-cü ilin eyni dövrü ilə müqayisədə 259 min manat və ya 12,7% azalaraq 1 milyon 784 min manata enib.
Bizi sosial şəbəkələrdən izləyin!!