“Azərbaycanda QR ödənişlərlə bağlı standartların tətbiqinə başlanacaq”.
Bunu “Bakı Fintex Forum 2025-də” çıxışı zamanı Azərbaycan Mərkəzi Bankı sədrinin müavini Vüsal Xəlilov deyib.
O bildirib ki, bu, banklar və fintexlər tərəfindən vətəndaşlar üçün daha inklüziv xidmətin təqdim edilməsinə imkan yaradılması üçündür:
"Bu da açıq ödəniş sisteminin inkişafına böyük töhfə verəcək. Hesab edirik ki, bu da fintexlərin inkişafına dəstək olacaq".
apa