Bu ölkədə avtomobil satışları rekord həddə enib | Banco.az

Bu ölkədə avtomobil satışları rekord həddə enib

Müəllif:Ayşən İmanova/Banco.az

Rusiyada bu ilin yanvarında 88,6 min yeni minik avtomobili satılıb ki, bu da ötən ilin dekabr ayı ilə müqayisədə 27% azdır.

Banco.az xəbər verir ki, bu barədə ölkənin Sənaye və Ticarət Nazirliyi məlumat yayıb.

Bildirilir ki, ümumilikdə 2025-ci ilin yanvarında Rusiyada kommersiya, yük maşınları, minik avtomobilləri və avtobuslar da daxil olmaqla 102,5 min yeni avtomobil satılıb. Bu, dekabr ayının nəticəsi ilə müqayisədə 30% az, lakin 2024-cü ilin yanvar ayı ilə müqayisədə 7% çoxdur.

“Autostat” agentliyinin məlumatına görə, 2024-cü ildə Rusiyada 1,57 milyon yeni avtomobil alınıb. Agentliyin vurğuladığı kimi, Rusiya avtomobil bazarı son beş ildə ən yaxşı nəticələri göstərib.

Qeyd olunur ki, ruslar “Lada” avtomobillərini digər markalara nisbətən daha çox alıblar (ümumilikdə 436,2 min ədəd satılıb). İkinci yerdə 190,6 min avtomobillə Çinin “Haval”ı qərarlaşıb. Çindən daha üç brend satın alınan 100 min ədədi ötüb - “Chery” (157 min), “Geely” (149,1 min) və “Changan” (106,1 min).