Müəlif:Ayşən İmanonova/Banco.az
Fransa müdafiə büdcəsini ikiqat artıracaq və böyük layihələrə start verəcək.
Banco.az xəbər verir ki, bunu ölkə prezidenti Emmanuel Makron deyib.
Onun sözlərinə görə, hərbi proqramlar haqqında iki qanunun müddəti bitdikdən sonra müvafiq qərar veriləcək. Ölkədə həmçinin böyük layihələrə start veriləcək. İstəyənlərə lazım olan anda dövlətin maraqları uğrunda mübarizə aparmağa imkan verəcək strateji qərarlar təsdiqlənəcək.
Makron vurğulayıb ki, hazırda hakimiyyətin əsas prioriteti Fransa sərhədlərinin təhlükəsizliyidir.
O qeyd edib ki, əgər respublika ticarət məsələlərində, məsələn, ABŞ tərəfindən hücuma məruz qalarsa, o zaman Avropa ona hörmət göstərməli və “uyğun” cavab verməli olacaq.