Türkiyədə inflyasiya ardıcıl səkkizinci ay azalıb | Banco.az

Türkiyədə inflyasiya ardıcıl səkkizinci ay azalıb

Müəllif:Ayşən İmanova/Banco.az

Türkiyədə istehlak qiymətləri yanvar ayında illik ifadədə 42,12% artıb.

Banco.az xəbər verir ki, bu barədə Türkiyə Statistika Təşkilatı (TÜİK) məlumat yayıb.

Qiymət artım tempi ardıcıl səkkizinci ay yavaşlayıb və 2023-cü ilin iyun ayından bəri ən aşağı səviyyədə olub. 2024-cü ilin dekabrında inflyasiya 44,38% təşkil edib.

“Trading Economics”in məlumatına görə, analitiklər yanvar ayında orta hesabla Türkiyədə inflyasiyanın daha da əhəmiyyətli dərəcədə - 41,25%-ə qədər zəifləyəcəyini gözləyirdilər.

Ərzaq və enerji xərcləri nəzərə alınmadan istehlak qiymətlərinin artımı 2022-ci ilin yanvarından bəri ən aşağı səviyyəyə enib, bir ay əvvəlki 45,34%-dən 42,65%-ə.

Bununla belə, aylıq bazda inflyasiya dekabrdakı 1,03%-dən 2024-cü ilin yanvar ayından bu yana ən yüksək səviyyəyə çataraq 5,03%-ə yüksəlib.

Yanvarda Türkiyədə istehsalçı qiymətləri (ÜFE) illik bazda 27,2% (2021-ci ilin fevralından bəri minimum artım) və aylıq olaraq 3,06% artıb. Dekabrda artım müvafiq olaraq 28,5% və 0,4% təşkil edib.