Müəllif:Ayşən İmanova/Banco.az
ABŞ Prezidenti Donald Tramp 2025-ci il yanvarın 18-də təqdim edilən "Official Trump" ($TRUMP) memkoininin istifadəyə verilməsindən bəri 802 milyon dollardan çox pul qazanıb.
Banco.az xəbər verir ki, bu barədə “Coinbase” birjasının məhsullar şöbəsinin rəhbəri Konor Qroqan öz “X” hesabında bildirib.
Ekspertin sözlərinə görə, göstərilən məbləğə aşağıdakılar daxildir:
USDC, TRUMP, SOL-da birjalara göndərilən 482 milyon dollar;
Diapazonundan kənarda 240 milyon dollar likvidlik, bu vəsaitlər pulun müəyyən edilmiş qiymətindən kənardadır və 50 milyon dollar diapazondadır;
USDC komissiyalarında 29.3 milyon dollar.
Qroqan, həmçinin qeyd edib ki, layihə komandasının hələ də özündə saxladığı "$TRUMP" tokenlərindəki 16 milyard dolları nəzərə almayıb.