Banco.az | Tezliklə

Dolları “Qara bazar”da satan kimdir?

“Valyuta bazarımızda bu gün də dollar bahalaşdı. Deməli, “valyuta artıqlığı” olan banklar yenidən dollar alaraq tələb yaratdılar. Və bu, o deməkdir ki, dünən yazdığım kimi, “valyuta artıqlığı” sadəcə termindir, əslində alqı-satqı inzibati yolla məhdudlaşdırılır”.

Azərbaycanca

“Kapital Bank” səhmdarlarının iclası təxirə salınıb

“Kapital Bank” ASC səhmdarlarının dekabrın 20-də keçirilməsi nəzərdə tutulan növbədənkənar ümumi yığıncağı təxirə salınıb.

Bu barədə rəsmi mətbuata istinadən xəbər verilir. Növbəti iclasın keçirilməsi vaxtı və günlədiyi hələ açıqlanmır.

Azərbaycanca

Azərbaycan nefti cüzi ucuzlaşıb

Azərbaycanın dünya bazarına çıxararaq satdığı "Azeri LT CIF" markalı xam neftin bir barelinin qiyməti 0,04 dollar və yaxud 0,07% azalıb.

"Azeri LT CIF" markalı neftin bir barelinin qiyməti 54,43 dollara bərabər olub.

Azərbaycanca

Bu günə olan rəsmi məzənnə (09.12.2016)

Azərbaycan Mərkəzi Bankı 9 dekabr tarixinə valyuta məzənnələrini açıqlayıb.

Mərkəzi Bankdan verilən məlumata görə, dekabrın 9-na olan rəsmi məzənnələr bülleteninə əsasən, ABŞ dollarının rəsmi məzənnəsi 1,7430 manat təşkil edir.

Azərbaycanca

Xalid Əhədov Beynəlxalq Bankın İdarə Heyətində!- Rəsmi!

Azərbaycanca

Dekabrın 8-də “Azərbaycan Beynəlxalq Bankı” ASC-nin Müşahidə Şurasının növbədənkənar toplantısı keçirilib. Toplantıda Bankın İdarə Heyəti rəhbərliyində dəyişiklik aparılıb. Müşahidə Şurasının qərarı ilə Elmar Məmmədov İdarə Heyətinin sədri vəzifəsindən azad edilib. Xalid Nurəddin oğlu Əhədov Bankın İdarə Heyətinin üzvü seçilib. Eyni zamanda, İdarə Heyətinin sədri vəzifəsinin icrası da müvəqqəti olaraq ona həvalə olunub.

Avropa Mərkəzi Bankı faizləri dəyişmədi

Avropa Mərkəzi Bankı (ECB) bu gün keçirdiyi 2016-cı ilin son iclasında uçot dərəcəsi və depozit faizlərini dəyişdirməyib. Bununla da uçot dərəcəsi 0%, depozitlər üzrə faiz dərəcəsi isə -0,4% səviyyəsində saxlanılıb. 

Azərbaycanca

Azərbaycan İpoteka Fondu açıq tender elan edib

“Azərbaycan İpoteka Fondu” ASC bir sıra informasiya sistemləri, server və şəbəkə avadanlıqlarına 2017-ci ildə dəstək xidmətlərinin satın alınması ilə bağlı üç lot üzrə açıq tender elan edib. 

Azərbaycanca

"Azər-Türk Bank" Açıq Səhmdar Cəmiyyətinin Müşahidə Şurasının növbədənkənar iclası keçirilib

Azərbaycanca

Dekabrın 8-də "Azər-Türk Bank" Açıq Səhmdar Cəmiyyətinin Müşahidə Şurasının növbədənkənar iclası keçirilib. İclasda Bankın İdarə Heyətinin tərkibinə dəyişiklik edilib. Belə ki, Müşahidə Şurasının qərarı ilə Bankın İdarə Heyətinin sədri vəzifəsinin icrası Orxan Ziyad oğlu Hüseynov müvəqqəti olaraq ona həvalə edilib.

Dekabrın 9-na dolların məzənnəsi açıqlanıb

Azərbaycan Mərkəzi Bankından verilən məlumata görə, 09.12.2016-cı il tarixinə USD/AZN rəsmi məzənnəsi 1,7430 səviyyəsində müəyyən olunub.

Qeyd edək ki, dekabrın 8-də USD/AZN rəsmi məzənnəsi 1,7369 səviyyəsində olub.

Azərbaycanca

Dövlət bankının rəhbəri dəyişdi

Orxan Xubanlı "Azər Türk Bank" ASC-nin İdarə Heyətinin sədri vəzifəsini müvəqqəti icra edəcək. Müvafiq qərar bankın Müşahidə Şurasının iclasında verilib.

Qeyd edək ki, O.Xubanlı bundan öncə lisenziyası ləğv olunan "Bank Standard" QSC-nin İdarə Heyəti sədrinin müavini olub.

Azərbaycanca

Səhifələr

« first ‹ previous last »