Yaponiyada istehsalçı qiymətlərinin artımı zəifləyib | Banco.az

Yaponiyada istehsalçı qiymətlərinin artımı zəifləyib

Müəllif: Tamara Mustafayeva, Banco.az

Yaponiyada yerli korporativ istehsalçı qiymətlərinin artımı oktyabr ayında kəskin şəkildə aşağı düşüb.

Banco.az xəbər verir ki, Yaponiya Bankının (BoJ) (mərkəzi bank) açıqladığı məlumatlara görə, ölkədə yerli korporativ istehsalçı qiymətləri ötən ay kəskin şəkildə zəifləyib.

Bu, xərc təzyiqlərinin getdikcə azaldığına işarədir.

Belə ki, istehsalçı qiymətləri oktyabr ayında ötən ilin eyni ayına görə 0,8 faiz artıb. Proqnozlar qiymət artımının 2,0 faizdən 0,9 faizə enəcəyi istiqamətində idi.

Ölkə üzrə ixrac qiymətləri aylıq 0,3 faiz, illik 1,0 faiz artdığı halda, idxal qiymətlərində aylıq 1,3 faiz artım, illik 12,3 faiz azalma olub.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram