Yanvarda Azərbaycanın sığorta bazarı 18%-ə yaxın böyüyüb | Banco.az

Yanvarda Azərbaycanın sığorta bazarı 18%-ə yaxın böyüyüb

Müəllif: Gülnar Əhmədli, Banco.az

Azərbaycanda bu ilin yanvar ayında 163 milyon 658 min manat sığorta haqqı yığılıb.  

Banco.az Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, bu, 2024-cü ilin yanvarı ilə müqayisədə 24 milyon 454 min manat və ya 17,7% çoxdur.

Hesabat dövründə sığorta şirkətlərinin həyata keçirdikləri ödənişlərin məbləği isə 47 milyon 623 min manata bərabər olub. Bu da illik müqayisədə 8 milyon 840 min manat və ya 22,8% artım deməkdir.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram