Azərbaycan bankları 9 ayda 1 milyard manatdan çox xalis mənfəət əldə edib | Banco.az

Azərbaycan bankları 9 ayda 1 milyard manatdan çox xalis mənfəət əldə edib

Müəllif: Gülnar Əhmədli, Banco.az

Azərbaycanda fəaliyyət göstərən banklar bu ilin 9 ayında (yanvar-sentyabr) 1 milyard 81 milyon 773 min manat xalis mənfəət əldə ediblər.

Banco.az-ın araşdırmasına görə, hesabat dövrü ərzində ən yüksək mənfəət əldə edən bank ABB olub. İlk 3-lüyü Kapital Bank və PAŞA Bank tamamlayır.

Bu bankların mənfəəti müvafiq olaraq 352 milyon 377 min manat, 297 milyon 4 min manat və 133 milyon 802 min manatdır. 

4 və 5-ci yerlərdə isə 50 milyon 285 min manat xalis mənfəətlə Bank Respublika və 45 milyon 246 min manat mənfəətlə AccessBank qərarlaşıb.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram