Əmanətlərin sığortalanması ilə bağlı yeni mexanizm hazırlanır | Banco.az

Əmanətlərin sığortalanması ilə bağlı yeni mexanizm hazırlanır

"Əmanətlərin sığortalanması üzrə kompensasiya fondunun metodologiyasına əsaslanan dəyişikliklər nəzərdə tutulur".

Banco.az xəbər verir ki, bunu Mərkəzi Bankın Baş direktoru Şahin Mahmudzadə deyib. 

"Bu mexanizm nə üçün vacibdir? Depozit faizləri artdıqda qorunan əmanətlər üzrə faiz həddinin də dəyişməsi mümkün olacaq. Əvvəllər bu hədd sabit idi. Yeni yanaşmada isə bazar şərtləri nəzərə alınacaq”.

Onun sözlərinə görə, faizlərin dinamik şəkildə müəyyən edilməsi isə banklar arasında fərqlərin bazar şərtlərinə uyğun formalaşmasına imkan verir: "Beləliklə, vətəndaşlar üçün daha riskli görünən bankların daha yüksək faiz təklif etməsi mümkün olur. Nəticədə, depozit faizləri bankların risk səviyyəsini və bazardakı mövqeyini daha yaxşı əks etdirir, rəqabət və bazar prinsiplərinin işləməsinə şərait yaradır.

İlkin mərhələdə isə 9 aylıq və 3 illik depozitlər üzrə daha əlverişli şərtlərin təmin edilməsi nəzərdə tutulur. Bu məqsədlə, yığılan depozitlər üzrə son 6 ayın orta faiz göstəricisinə əlavə 2 faiz bəndi tətbiq edilməklə müəyyən üstünlüyün yaradılması nəzərdə tutulur". 

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram