Müəllif: Gülnar Əhmədli, Banco.az
Azərbaycandakı sığorta şirkətləri 2026-cı ilin yanvar ayında 62 milyon 12 min manat sığorta ödənişi həyata keçiriblər.
Banco.az Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, hesabat dövründə sığorta şirkətlərindən 4-nün ödənişləri 3 milyon manatdan çox olub.
Bunlar Paşa Həyat Sığorta (35 milyon 330 min manat), Paşa Sığorta (11 milyon 185 min manat), Atəşgah Həyat Sığorta (4 milyon 688 min manat) və Atəşgah Sığorta (3 milyon 353 min manat) olub.
Bizi sosial şəbəkələrdən izləyin!!
