“Xalq Sığorta”nın maliyyə göstəriciləri açıqlanıb | Banco.az

“Xalq Sığorta”nın maliyyə göstəriciləri açıqlanıb

Müəllif: Gülnar Əhmədli, Banco.az

"Xalq Sığorta" ötən il 6 milyon 503 min manat mənfəət əldə edib.

Banco.az şirkətin hesabatına istinadən xəbər verir ki, bu, illik müqayisədə 1 milyon 214 min 38 manat və ya 25,3% çoxdur.

Hesabat dövründə şirkətin aktivləri 93 milyon 484 min 444 manat təşkil edib ki, bu da illik müqayisədə 4 milyon 465 min manat və ya 5% çoxdur. 

"Xalq Sığorta"nın öhdəlikləri illik müqayisədə 139 min 464 manat (0,5%) azalaraq 29 milyon 630 min 544 manata düşüb. Cəmi kapitalı isə 4 milyon 604 min 682 manat (7,8%) artaraq 63 milyon 853 min 889 manata yüksəlib.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram