Müəllif: Tamara Mustafayeva, Banco.az
Türkiyədə ötən ay illik inflyasiya 75,5 faiz təşkil edib.
Banco.az xəbər verir ki, Türkiyədə istehlak inflyasiyası 2022-ci ilin noyabr ayından bu yana illik müqayisədə qeydə alınan ən yüksək səviyyəyə çatmaqla iqtisadiyyat rəhbərliyi və iqtisadçılar tərəfindən gözlənilən zirvəyə yüksəlib.
Türkiyə Statistika Təşkilatının (TÜİK) məlumatına görə, ölkədə istehlak qiymətləri may ayında əvvəlki ilin eyni dövrünə nəzərən 75,45 faiz artıb.
Bu dövrdə aylıq inflyasiya 3,37 faiz təşkil edib.
Qeyd edək ki, baza inflyasiyada isə mülayim geriləmə müşahidə edilib. Belə ki, apreldə 75,81 faiz hesablanan illik baza inflyasiya may ayında 74,98 faiz olub. Beləliklə, baza inflyasiya ötən 14 ayda ilk dəfə başlıq inflyasiyadan aşağı olub.
Bizi sosial şəbəkələrdən izləyin!!