Türkiyədə dollar 3,60 lirəyə kimi ucuzlaşa bilər | Banco.az

Error message

Warning: Use of undefined constant php - assumed 'php' (this will throw an Error in a future version of PHP) in include() (line 129 of /home/bancoaz/public_html/sites/all/themes/nbancoaz/templates/node--article.tpl.php).

Türkiyədə dollar 3,60 lirəyə kimi ucuzlaşa bilər

Türkiyədə ABŞ dollarının məzənnəsinin qısamüddətli perspektivdə 3,60 TRY/USD-yə qədər düşməsi proqnozlaşdırılır. 

Keçən həftənin cümə günü, yanvarın 27-də iki önəmli reytinq təşkilatı - "S&P" və "Fitch"in Türkiyə ilə əlaqədar mənfi xəbərləri açıqlanıb. Belə ki, "S&P" ölkənin kredit reytinqi üzrə proqnozunu gözlənilmədən "stabildən" "neqativ"ə, "Fitch" isə reytinqi "BBB-"dən "BB+"a endirib. Lakin bu xəbərlər maliyyə bazarları tərəfindən artıq gözlənildiyi üçün, ciddi dəyişikliklər baş verməyib. Buna görə də son 3 ayda 30%-ə yaxın bahalaşan dollar, bir qədər geriləməyə başlayıb. 

"Bu trendin qısa müddətdə - 3,60 TRY/USD-yə qədər davam edəcəyi ehtimal olunur. İlin sonuna kimi Türkiyədə dolların məzənnəsində nisbi sabitlik gözlənilir. 2017-ci ilin qlobal iqtisadiyyat, valyuta, əmtəə və maliyyə bazarları üçün əsasən sakit keçəcəyi proqnozlaşdırılır. Buna görə də dolların məzənnəsinin də sərt hərəkət etməyəcəyi və 3,60-4,10 TRY/USD diapazonunda qalacağı gözlənilir", - deyə analitiklər qeyd ediblər.

©Repor