Türkiyə Mərkəzi Bankı yenidən faiz dərəcəsini aşağı salıb | Banco.az

Türkiyə Mərkəzi Bankı yenidən faiz dərəcəsini aşağı salıb

Müəllif: Tamara Mustafayeva, Banco.az

Türkiyə Mərkəzi Bankı (TCMB) ilin son iclasında faiz dərəcələrini endirməyə davam edib.

Banco.az xəbər verir ki, Türkiyə Respublikası Mərkəzi Bankı (TCMB) uçot dərəcəsini 38%-ə endirib.

Bloomberg HT sorğusunda iştirak edən iqtisadçıların proqnozu da faiz dərəcəsinin 150 baza bəndi azaldılaraq 38%-ə endiriləcəyi istiqamətində idi.

Qurum həmçinin Mərkəzi Bankanın gecəlik borcvermə faizini 42,5%-dən 41%-ə, gecəlik borclanma faizini isə 38%-dən 36,5%-ə endirib.

TCMB-nin qərar mətnində bildirilib ki, noyabr ayında istehlakçı inflyasiyası qida qiymətlərindəki inkişaflar səbəbindən gözləniləndən aşağı səviyyədə reallaşıb; inflyasiyanın əsas meylinin isə sentyabr ayında baş verən artımdan sonra oktyabr və noyabr aylarında bir qədər zəiflədiyi qeyd olunub.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram