Tramp qızıl ixracına rüsum tətbiq edilməyəcəyini bəyan edib | Banco.az

Tramp qızıl ixracına rüsum tətbiq edilməyəcəyini bəyan edib

Müəllif: Tamara Mustafayeva, Banco.az

ABŞ prezidenti Donald Tramp qızıl idxalına heç bir gömrük rüsumunun olmayacağını açıqlayıb.

Banco.az xəbər verir ki, ABŞ Prezidenti Donald Tramp “Truth Social” hesabında mövzu ilə bağlı paylaşım edib.

Paylaşımında Tramp, “ABŞ Prezidenti Donald J. Trampdan açıqlama: Qızıla tarif tətbiq olunmayacaq” ifadəsini işlədib.

Trampın açıqlaması ötən həftə ABŞ Gömrük və Sərhəd Mühafizəsi Xidmətinin internet səhifəsində yerləşdirilən sənədlərin iki növ külçə qızılın idxalının qarşılıqlı əsaslara görə tariflərə daxil olduğunu ortaya qoymasından sonra gəlib.

ABŞ Gömrük və Sərhəd Mühafizəsi Xidmətinin 1 kiloqramlıq və 100 unsiyalıq külçə qızılın beynəlxalq ticarət sistemindəki təsnifat kodu ilə bağlı açıqlaması əsasında, bu növ məhsulların qarşılıqlı tariflər üzrə azadolma siyahısında yer almadığının üzə çıxması qızıl bazarlarında narahatlığa səbəb olmuşdu.

ABŞ mediasında yayılan xəbərlərə görə, Ağ Ev külçə qızıla tətbiq ediləcək tariflərlə bağlı “yalnış məlumatlara” aydınlıq gətirmək üçün yaxın vaxtlarda prezident fərmanı imzalamağı planlaşdırır.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram