Müəllif:Mehin Qasımova,Banco.az
ABŞ Prezidenti Donald Tramp Cənubi Koreyanın ABŞ-dakı iri enerji layihələrinə 200 milyard dollara qədər investisiya yatırmağı planlaşdırdığını açıqlayıb.
Banco.az xəbər verir ki, Tramp bu investisiyalarla bağlı açıqlamanı Ağ Evdə verib.
Tramp Cənubi Koreyanın ABŞ-a 200 milyard dollara qədər sərmayə qoyacağını, o cümlədən Texasda 6 giqavattlıq elektrik stansiyası, səkkiz yeni irimiqyaslı nüvə elektrik stansiyası və Alyaskada mayeləşdirilmiş təbii qaz boru kəməri tikəcəyini bildirib.
Tramp deyib: "Amerika tarixində ən böyük enerji infrastrukturu investisiyalarından birini elan etməkdən məmnunuq".
Tramp elan edilmiş investisiya paketinin ABŞ-ın vacib enerji təchizatı zəncirinin təhlükəsizliyini təmin etmək, ölkənin enerji sektorundakı dominantlığını möhkəmləndirmək və Cənubi Koreya və bütün Sakit okean regionu ilə tərəfdaşlığını əvvəlkindən daha güclü etmək istiqamətində atılmış böyük bir addım olduğunu bildirib. O, həmçinin Cənubi Koreyanın ticarət müqaviləsi çərçivəsində yüz milyardlarla dollar sərmayə qoyması tələb olunduğunu və bunun müqabilində ölkəyə tətbiq edilən tarif dərəcəsinin azaldıldığını xatırladıb.
