Rusiyanın ən varlı iş adamları ilin əvvəlindən 23,6 milyard dollar itirib | Banco.az

Rusiyanın ən varlı iş adamları ilin əvvəlindən 23,6 milyard dollar itirib

Müəllif:Mehin Qasımova,Banco.az

Rusiyanın ən varlı iş adamlarının ümumi sərvəti 2026-cı ilin əvvəlindən bəri 23,599 milyard dollar azalıb.

Banco.az xəbər verri ki, məlumatlar Bloomberg Billionaires İndeksinə əsaslanır. 

Rusiyalı milyarderlər arasında sərvətində ən böyük azalma Mixail Proxorovda qeydə alınıb. Onun sərvəti 6,22 milyard dollar azalaraq 10,4 milyard dollara düşüb.

“Norilsk Nikel” şirkətinin prezidenti Vladimir Potaninin sərvəti 4,28 milyard dollar azalaraq 22,1 milyard dollar olub.

“Metalloinvest”in səhmdarı Əlişir Usmanov 2,69 milyard dollar itirib. Onun sərvəti hazırda 16,6 milyard dollar qiymətləndirilir.

NLMK-nin sədri Vladimir Lisin isə 2,62 milyard dollar itirib və sərvəti 21,1 milyard dollara enib.

Telegram-ın həmtəsisçisi Pavel Durovun sərvəti 2,56 milyard dollar azalaraq 11,8 milyard dollar olub.

İlin əvvəlindən sərvətini ən çox artıran rusiyalı milyarder “Severstal” şirkətinin təsisçisi Aleksey Mordaşov olub. Onun sərvəti 1,51 milyard dollar artaraq 27,8 milyard dollara çatıb.

Sərvəti artan digər milyarderlər İsgəndər Mahmudovun sərvəti  8,03 milyard dollara, Dmitri Rıbolovlevun 9,9 milyard dollara, Mixail Fridmanin sərvəti 10,2 milyard dollara çatıb.

 Qeyd edək ki, Bloomberg Billionaires İndeksi 2012-ci ilin martından etibarən dünyanın ən varlı 500 şəxsinə dair məlumatları təqdim edir.