Müəllif:Mehin Qasımova,Banco.az
Fransa Prezidenti Emmanuel Makron Böyük Britaniyanın Avropa İttifaqına (Aİ) yenidən qoşulmaq ehtimalı ilə bağlı açıqlama verib.
Banco.az xəbər verir ki, Makron İspaniyaya səfəri çərçivəsində İspaniyanın Baş naziri Pedro Sançezlə birgə keçirdiyi mətbuat konfransında Britaniyanın Aİ-yə qayıtmaq ehtimalı ilə bağlı suala cavab verib.
O, Britaniya Baş naziri Endi Börnemin Aİ-yə yenidən qoşulmağın ölkənin qarşısında duran variantlardan biri olduğu barədə açıqlamasını müsbət qarşılayıb.
“Britaniyalıların Aİ-yə yenidən qoşulmaq istəməsi avropalılar üçün çox yaxşı xəbər olardı. Yenidən xoş gəlmisiniz”, – Makron bildirib.
Fransa prezidenti Fransa ilə Böyük Britaniya arasında müdafiə, təhlükəsizlik və miqrasiya sahələrində əməkdaşlığın davam etdiyini qeyd edib.
Makron əlavə edib: “Bu, yaxşı qərardır. Börnemin bu cəsarəti göstərməkdə haqlı olduğunu düşünürəm. Aİ-yə qayıdın”.
