Müəllif: Tamara Mustafayeva, Banco.az
Fed-in izlədiyi inflyasiya göstəricisi proqnozlara uyğun olub.
Banco.az xəbər verir ki, ABŞ İqtisadi Təhlil Bürosunun (BEA) açıqladığı məlumatlara görə inflyasiyadan təmizlənmiş fərdi istehlak xərcləri avqust ayında əvvəlki ayla müqayisədə 0,6 faiz artıb. Bu, 2025-ci ilin martından bəri qeydə alınan ən böyük aylıq artım olub.
PCE qiymət indeksi proqnozlara uyğun olaraq aylıq 0,3 faiz yüksəlib.
Fed-in inflyasiya göstəricisi kimi yaxından izlədiyi, ərzaq və enerji qiymətlərinin hesablamadan çıxarıldığı baza fərdi istehlak xərcləri qiymət indeksi isə aylıq əsasda 0,2 faiz, illik əsasda 3 faiz artıb. Gözləntilər aylıq 0,3 faiz, illik 3,3 faiz artım istiqamətində idi.
Açıqlanan məlumatlar yüksək inflyasiyaya baxmayaraq iqtisadiyyatın inkişafını davam etdirdiyini göstərən son göstərici olub. Sabit əmək bazarı və yüksələn fond birjasının dəstəyi ilə istehlakçılar yüksək benzin qiymətlərinə və iqtisadiyyat üzrə artan xərclərə baxmayaraq ötən ay minik avtomobilləri, mebel və geyim kimi məhsullara xərclərini artırıblar.
Bizi sosial şəbəkələrdən izləyin!!
