Dünya bazarında neftin son qiyməti | Banco.az

Dünya bazarında neftin son qiyməti

ABŞ-İran danışıqlarında irəliləyişin olmaması səbəbindən neft qiymətləri əvvəlki gün yüksəldikdən sonra cümə axşamı səhəri düşür.

Banco.az xəbər verir ki, Londonun ICE Futures birjasında dekabr ayı üçün Brent markalı neftin fyuçersləri  bir barel üçün 96,69 dollardan satılırdı ki, bu da əvvəlki bağlanışdan 1,34 dollar (1,37%) azdır. Çərşənbə günü isə onlar 1,87 dollar (1,9%) artaraq bir barel üçün 98,03 dollara çatıb.

Nyu-York Ticarət Birjasında (NYMEX) noyabr ayı üçün WTI xam neftinin fyuçerslərinin qiyməti 1,52 dollar (1,68%) azalaraq bir barel üçün 88,90 dollara düşüb. Onların qiyməti əvvəlki sessiyada 1,04 dollar (1,2%) artaraq bir barel üçün 90,42 dollara düşüb.

Sentyabr ayında Brent təxminən 14%, WTI isə 5% bahalaşıb.