Cənubi Koreya Mərkəzi Bankı 13 ildən sonra qızıl alacaq | Banco.az

Cənubi Koreya Mərkəzi Bankı 13 ildən sonra qızıl alacaq

Müəllif: Tamara Mustafayeva, Banco.az

Cənubi Koreya Mərkəzi Bankı 13 ildən sonra qızıl alacaq.

Banco.az xəbər verir ki, Cənubi Koreya Bankı (BOK) təxminən 1 ton ölkə daxilində istehsal olunan qızıl almağı planlaşdırır. Bu alış bankın 2013-cü ildən bəri həyata keçirəcəyi ilk fiziki qızıl alışı olacaq.

Hakim partiyanın deputatı Çonq Te Honun açıqlamasına görə bank ölkə daxilində istehsal olunan qızılın ticarəti üçün zəruri sistemi qurduqdan sonra ilk əməliyyatı dekabrın 14-ü ətrafında həyata keçirməyi planlaşdırır.

Cənubi Koreya Mərkəzi Bankının avqust ayının sonuna olan məlumata görə bazar qiymətləri ilə 14,88 milyard dollar dəyərində 104,4 ton fiziki qızıl ehtiyatı var. Bu həcm bankın ümumi valyuta ehtiyatlarının 3,4 faizinə bərabərdir.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram