"Tesla" İlon Maska misli görünməmiş 1 trilyon dollarlıq paket təklif edib | Banco.az

"Tesla" İlon Maska misli görünməmiş 1 trilyon dollarlıq paket təklif edib

Müəllif: Tamara Mustafayeva, Banco.az

“Tesla” şirkətin baş direktoru İlon Maska 1 trilyon dollarlıq plan təklif edib.

Banco.az xəbər verir ki, Maskın bu misilsiz paketi əldə edə bilməsi üçün şirkətin qarşıdakı illər üçün müəyyən etdiyi iddialı hədəflərə çatması tələb olunur. Bu hədəflər arasında “Tesla”nın robotaksi fəaliyyətini genişləndirməsi və şirkətin bazar dəyərinin ən azı 8,5 trilyon dollara çatdırılması yer alır. Maska təklif edilən plan 10 illik dövrü əhatə edir.

Maskın əldə edə biləcəyi əlavə səhmlər “Tesla”nın açıqlamasında göstərilən şərtlərə uyğun olaraq, onun elektrikli avtomobil istehsalçısındakı payını ən azı 25 faizə qaldıracaq. Mask isə bu ölçüdə bir pay istədiyini daha əvvəl ictimaiyyətə açıqlamışdı.

2018-ci ildə Delaver ştatında məhkəmə Mask üçün nəzərdə tutulmuş 50 milyard dollarlıq paketi ləğv etmişdi. “Tesla” bu qərara etiraz etsə də, idarə heyəti baş direktorunu kompensasiya etməyin başqa yollarını axtarır. Bunlara avqust ayının əvvəlində təxminən 30 milyard dollar dəyərində müvəqqəti səhm paketi də daxildir.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram