Müəllif: Gülnar Əhmədli, Banco.az
Neft qiymətləri ötən həftə qeydə alınan kəskin ucuzlaşmadan sonra bazar ertəsi səhər yenidən ucuzlaşmağa başlayıb.
Banco.az xəbər verir ki, Londonun ICE Futures birjasında yanvar ayı üçün Brent markalı neftin fyuçerslərinin qiyməti 0,60 dollar (0,61%) azalaraq bir barel üçün 97,72 dollar təşkil edib.
Nyu-York Ticarət Birjasında (NYMEX) dekabr ayı üçün WTI markalı xam neftin fyuçersləri elektron ticarətdə 1 sent ucuzlaşaraq bir barel üçün 90,82 dollara enib.
Ötən həftə ərzində Brent markalı neftin qiyməti 16% ucuzlaşıb. Bu, 2020-ci ildən bəri qeydə alınan ən sürətli həftəlik enişdir.
Bizi sosial şəbəkələrdən izləyin!!
