"Boeing" işçilərinin 5%-ni ixtisar edəcək | Banco.az

"Boeing" işçilərinin 5%-ni ixtisar edəcək

Müəllif:Mehin Qasımova,Banco.az 

ABŞ-ın aerokosmik şirkəti “Boeing” kommersiya təyyarələri istehsalı bölməsində çalışan işçilərinin təxminən 5%-ni ixtisar etməyi planlaşdırır.

Banco.az xəbər verir ki, şirkətin kommersiya təyyarələri bölməsinin prezidenti və baş icraçı direktoru Stefani Poup bildirib ki, istehsal planlarında edilən dəyişikliklər işçi qüvvəsinin yenidən uyğunlaşdırılmasını zəruri edib.

Qərar istehsal tempinin yenidən tənzimlənməsi, təyyarə istehsalının azalması və təchizat zəncirində sabitliyin təmin edilməsi məqsədilə qəbul olunub.

Şirkətin açıqlamasına görə, ixtisarlar həm təbii işçi axını, həm də məcburi işdənçıxarmalar hesabına həyata keçiriləcək.

İşçilərə ixtisar barədə bildirişlərin dekabr ayından etibarən təqdim olunması nəzərdə tutulur.