Müəllif: Tamara Mustafayeva, Banco.az
“Stellantis” Avropadakı dörd fabrikini satışa çıxarır.
Banco.az xəbər verir ki, “Stellantis” qlobal avtomobil bazarındakı rəqabət təzyiqləri və elektrikli nəqliyyat vasitələrinə keçid prosesində yaranan artıq istehsal gücü probleminə radikal həll yolu axtarır.
“Bloomberg”in şirkətə yaxın mənbələrə istinadən yaydığı məlumata görə, “Stellantis” Fransa və İtaliya hökumətlərinə bölgədəki artıq istehsal gücünün dörd zavoda bərabər olduğunu bildirib.
Hələlik yekun qərar verilməsə də, satış və ya tərəfdaşlıq danışıqlarına daxil edilə biləcək məkanlar müəyyənləşməyə başlayıb. Bunlar Fransanın Renn şəhərində, İspaniyanın Madrid şəhərində və İtaliyanın mərkəzi bölgələrində yerləşən istehsal müəssisələridir.
“Stellantis” ötən həftə Paris yaxınlığındakı Puassi zavodunda yeni avtomobil istehsalını dayandıracağını açıqlayaraq bu prosesin ilk siqnalını vermişdi.
Bizi sosial şəbəkələrdən izləyin!!
