Son 5 ildə Azərbaycan əhalisinin yanacaq xərcləri nə qədər olub? | Banco.az

Son 5 ildə Azərbaycan əhalisinin yanacaq xərcləri nə qədər olub?

Müəllif: Gülnar Əhmədli, Banco.az

Azərbaycanda bu ilin yanvar-iyul aylarında avtomobil benzini və dizel yanacağının alınmasına 2 milyard 102 milyon manat xərc çəkilib.

Banco.az bu barədə Statistika Komitəsinə istinadən xəbər verir. 

Məlumata görə, bu, illik müqayisədə 6,8% artım deməkdir. 

Əhalinin son 5 ildə yanacaq xərcləri artmaqda davam edib. Ötən ilin eyni dövründə ölkə əhalisinin yanacaq xərci 2 milyard manatı ötməmişdi. 5 ildə (yanvar-iyul dövrü) ümumi yanacaq xərci isə 8 milyard 525 milyon manata bərabər olub:

İllər (Yanvar-iyul ayları)

Yanacaq xərcləri

2025

2 milyard 102 milyon manat

2024

1 milyard 821 milyon manat

2023

1 milyard 682 milyon manat

2022

1 milyard 526 milyon manat

2021

1 milyard 394 milyon manat

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram