SOCAR-ın neft hasilatı artıb | Banco.az

SOCAR-ın neft hasilatı artıb

Bu ilin yanvar-oktyabr ayları ərzində Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) üzrə 6 317,1 min ton xam neft hasil olunub.

Bu göstərici ötən ilin 10 ayı ilə müqayisədə 8,6% azdır.

Bu ilin 10 ayında neft hasilatının 641,3 min tonu oktyabr ayının payına düşüb. Bu ilin oktyabr ayında SOCAR üzrə neft hasilatı ötən ilin müvafiq ayı ilə müqayisədə 7,7% azdır.

Ötən ay SOCAR üzrə neft hasilatı isə sentyabr ayı ilə müqayisədə 3,7% çoxdur.

Mənbə: Report.az