Müəllif: Gülnar Əhmədli, Banco.az
Qızıl ABŞ Prezidenti Donald Trampın İranla razılaşma əldə etmək ümidi ilə yeni hücumları təxirə salmasından sonra neft qiymətlərinin geriləməsi fonunda bahalaşıb. Bu, inflyasiya və faiz dərəcələrinin daha da yüksələcəyi ilə bağlı narahatlıqları müəyyən qədər azaldıb.
Banco.az xəbər verir ki, spot qızılın qiyməti 0,4% artaraq unsiyası 4 055,76 dollara, ABŞ qızıl fyuçersləri isə 0,9% yüksələrək 4 054 dollara çatıb.
ABŞ dollarının zəifləməsi də dollarla qiymətləndirilən qızılı xarici alıcılar üçün daha cəlbedici edib.
Tramp İranla danışıqların bazar ertəsi keçiriləcəyini açıqlayıb. Analitiklər hesab edir ki, qızılın daha güclü bahalaşması üçün neft qiymətlərinin daha kəskin enməsi, dolların zəifləməsi və ya FED-in faiz siyasəti ilə bağlı daha yumşaq mövqe sərgiləməsi lazımdır.
Digər qiymətli metallardan gümüş 0,9%, platin 0,5%, palladium isə 1,7% bahalaşıb.
Bizi sosial şəbəkələrdən izləyin!!
