Qətərdən Azərbaycana pul köçürmələri 2 dəfə artıb | Banco.az

Qətərdən Azərbaycana pul köçürmələri 2 dəfə artıb

Müəllif: Gülnar Əhmədli, Banco.az

Qətərdən fiziki şəxslər tərəfindən 2025-ci ilin yanvar-mart aylarında Azərbaycana 4 milyon 462 min dollar pul baratları göndərilib. 

Banco.az bu barədə Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir.

Bu, 2024-cü ilin eyni dövrü ilə müqayisədə 1.9 dəfə (2 milyon 134 min dollar) çoxdur. 2024-cü ilin yanvar-mart aylarında bu məbləğ 2 milyon 328 min dollara bərabər olub. 

Qeyd edək ki, birinci rübdə Qətərdən Azərbaycana fiziki şəxslər tərəfindən göndərilən pul baratlarının ümumi daxilolmalarda xüsusi çəkisi 1.9% təşkil edib.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram