Qala Sığorta-nın xalis mənfəəti 54% azalıb | Banco.az

Qala Sığorta-nın xalis mənfəəti 54% azalıb

Müəllif: Gülnar Əhmədli, Banco.az

Qala Sığorta ASC 2026-cı ilin ilk 3 rübünü 5 milyon 53 min 997 min manat xalis mənfəətlə başa vurub.

Banco.az  şirkətin maliyyə məlumatlarına istinadən xəbər ki, şirkətin xalis mənfəəti illik müqayisədə 5 milyon 947 min 534 manat və ya 54,1% azalıb.

Hesabat dövründə şirkətin ümumi gəlirləri 55,5 milyon manat olub ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 11,8 milyon manat və ya 17,6% azdır. Ümumi xərclər isə 49,2 milyon manat təşkil edib və illik müqayisədə 4,4 milyon manat və ya 8,2% azalıb.

Hesabat dövrünün sonuna şirkətin aktivləri 96 milyon 980 min 204 manat olub ki, bu da illik müqayisədə 2 milyon 6 min 865 manat və ya 2,1% artım deməkdir. 

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram