“Qala Həyat Sığorta" nizamnamə kapitalını artırır | Banco.az

“Qala Həyat Sığorta" nizamnamə kapitalını artırır

Maliyyə Bazarlarına Nəzarət Palatası “Qala Həyat Sığorta" ASC-nin səhm emissiyasını AZ1006008226 nömrəsi ilə dövlət qeydiyyatına alıb. Bu barədə Palatadan bildirilib. 

Məlumata görə, emissiya şirkətin hər birinin nominal dəyəri 2 860 manat olan 1000 yeni səhminin dövriyyəyə buraxılmasını nəzərdə tutur. Səhmlər qapalı üsulla yerləşdiriləcək.

Emissiya uğurlu olsa, "Qala Həyat Sığorta"nın nizamnamə kapitalı 2,86 mln. manat və yaxud 28,57% artaraq 12,87 mln. manata çatacaq.

Mənbə: Reportı.az