Müəllif: Gülnar Əhmədli, Banco.az
Azərbaycan 2025-ci ildə 192 milyon 470 min dollar dəyərində 172 min 864 ton pomidor ixrac edib.
Banco.az Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, bu göstərici 2024-cü ilin eyni dövrü ilə müqayisədə məbləğ baxımından 9,7% və ya 17 milyon 40 min dollar, miqdar baxımından isə 27 min 260 ton və ya 18,7% çoxdur.
2024-cü ildə ixrac edilən pomidorun miqdarı 145,6 min tona, dəyəri isə 175,4 milyon dollara bərabər idi.
Qeyd edək ki, ötən il pomidorun ümumi ixracda xüsusi çəkisi 0,77%-ə, qeyri-neft məhsullarının ixracında xüsusi çəkisi isə 5,30%-ə bərabər olub.
Bizi sosial şəbəkələrdən izləyin!!
