Müəllif: Tamara Mustafayeva, Banco.az
“OpenAI”ın gəliri 2025-ci ilin ilk yeddi ayında iki dəfə artaraq illik 12 milyard dollara çatıb.
Banco.az xəbər verir ki, The Information xəbər saytının bir mənbəyə istinadən verdiyi məlumata görə, ChatGPT-nin yaradıcı şirkəti “OpenAI” 2025-ci ilin ilk yeddi ayında gəlirini təxminən iki dəfə artıraraq illik 12 milyard dollara yüksəldib.
Xəbərə əsasən, bu rəqəm şirkətin aylıq təxminən 1 milyard dollar gəlir əldə etdiyini göstərir. Həmçinin qeyd olunur ki, şirkətin fərdi istifadəçilər və korporativ müştərilər tərəfindən istifadə edilən ChatGPT məhsulları üçün həftəlik təxminən 700 milyon aktiv istifadəçisi var.
Bu isə “Microsoft”un dəstəklədiyi şirkətin istehlakçı və biznes məhsullarından ayda 1 milyard dollar gəlir əldə etdiyini və bu gəlirin təxminən 700 milyon həftəlik aktiv istifadəçi tərəfindən formalaşdırıldığını göstərir.
Bundan əlavə, xəbərdə qeyd olunur ki, şirkət 30 milyard dollarlıq investisiya raundunun ikinci mərhələsi üçün investor axtarışını davam etdirir və hazırkı səhmdarlardan olan Sequoia Capital və Tiger Global Management bu mərhələdə yüz milyonlarla dollar həcmində investisiya yatırıb.
Bizi sosial şəbəkələrdən izləyin!!